"İnter" PSJ-nin növbəti təklifini rədd etdi

"İnter" PSJ-nin növbəti təklifini rədd etdi<span class="qirmizi"></span>

"İnter" futbolçusu Milan Şkrinyar üçün PSJ-nin göndərdiyi növbəti təklifi rədd edib.

Qol.az jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki,, Milan klubu 50 milyon avroluq təzminat + bonuslarla razılaşmayıb.

Bildirilib ki, “İnter” Şkrinyarı əsas oyunçusu hesab etdiyi üçün onu satmaq fikrində deyil. Bundan əlavə, klub yaxın vaxtlarda Slovakiya millisinin müdafiəçisi ilə yeni uzunmüddətli müqavilə bağlamağa hazırlaşır. Tərəflər arasında mövcud müqavilə 2023-cü ilin iyununda başa çatır.

Xatırladaq ki, Şkrinyar 2017-ci ildə "Sampdoriya"dan "İnter"ə keçib.

Mənbə: qol.az