Azərbaycan üzgüçüsü: "Növbəti İslamiadada bütün medallarım qızıl olacaq"

"50 metr baterflay üsulu ilə üzmədə gümüş və 100 metr baterflay üsulu ilə üzmədə bürünc medal qazandım. Əsas məqsədim isə 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb, bayrağımızı yüksəltməkdir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısı olan Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah deyib.

Əslən Cənubi Azərbaycandan olan 18 yaşlı idmançı növbəti İslamiadada qızıl medallar qazanacağını bildirib: "100 metr baterflay üsulu ilə üzmənin təsnifat mərhələsində 01:01.28 nəticə göstərməklə İslamiadanın rekordunu qırdım. Düzdür, finalda qızıl medal qazanmaq qismət olmadı və bu rekordum birinci olan türkiyəli Dəniz Ərtan tərəfindən yeniləndi. İnşallah, 2025-ci ildə keçiriləcək İslamiadada bütün medallarım qızıl olacaq".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Mahnısı 13 il sonra yenidən trend oldu

SONRAKI XƏBƏR

Bərbad vəziyyətdə olan Xıdırlı kənd məktəbi – VİDEO