UEFA PSJ və "Marsel"i cəzalandıracaq

UEFA PSJ və "Marsel"i cəzalandıracaq<span class="qirmizi"></span>

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransanın PSJ və "Marsel" klublarını maliyyə feyr-pleyini pozduğuna görə cəzalandıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən ilin iyun ayından UEFA-nın klublara maliyyə nəzarəti orqanı Paris klubunu son üç maliyyə ilində 30 milyon avronu keçən itkilərə görə izləyir. "Marsel"in itkiləri elə də ciddi məbləğ təşkil etmir.

Hər iki Fransa klubu maddi cəhətdən cəzalandırılacaq. Klublar daha ciddi sanksiyaların qarşısını almaq üçün növbəti üç mövsümdə vəziyyəti düzəltməlidirlər.

Milli.Az

Mənbə: news.milli.az