Bu gün “Sabah” “Neftçi”ni qəbul edəcək

Bu gün “Sabah” “Neftçi”ni qəbul edəcək<span class="qirmizi"></span>

Bu gün Misli Premyer Liqasında daha bir oyun keçiriləcək.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, III turun ikinci günündə “Sabah” “Neftçi”ni qəbul edəcək.

Bakı klubları mövsümün startında qələbələri sıralayır. Bu üzdən paytaxt derbisi liderlərin savaşı olacaq. Komandalardan ən azı biri ilk xal itkisi ilə üzləşəcək.

Qeyd edək ki, dünən start götürən tura sabah başa çatacaq.

Misli Premyer Liqası
III tur
20 avqust (şənbə)
20:30. “Sabah” – “Neftçi”
Baş hakim: Fərid Hacıyev
“Bank Respublika Arena”

Mənbə: lent.az