Millimizin yer aldığı qrupda lider müəyyənləşdi

Millimizin yer aldığı qrupda lider müəyyənləşdi<span class="qirmizi"></span>

Millətlər Liqasında 5-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin yer aldığı C liqasının 3-cü qrupunda Qazaxıstan Belarusu qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Xallarını 13-ə çatdıran Qazaxıstan millisi sonuncu turun nəticəsindən asılı olmayaraq qrup liderliyini təmin edib. Komanda növbəti mövsümdə B Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, qrupun digər oyununda bu gün millimiz Slovakiyanın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qazaxıstan - Belarus - 2:1

Qollar: Qabuşev, 29 (1:0), Savitski, 45+3, Zeynutdinov, 79

22:45. Slovakiya - Azərbaycan

Mənbə: qol.az