Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib<span class="qirmizi"></span>

Estoniyanın "Levadiya" komandasının baş məşqçisi Maksim Kaliniçenko istefaya göndərilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis təyinatından cəmi 10 gün sonra qovulub.

Tallin təmsilçisinin rəhbərliyi futbolçularla söhbətdən sonra bu qərarı qəbul edib. Klub prezidenti Viktor Levada hesab edir ki, komanda Kaliniçenkonun rəhbərliyi altında uğur qazana bilməz.

Mənbə: report.az