“Barselona” Pikeyə əvəzləyici tapıb

“Barselona” Pikeyə əvəzləyici tapıb<span class="qirmizi"></span>

“Barselona” “Atletik Bilbao”nun futbolçusu İniqo Martinesi transfer etmək niyyətindədir.

31 yaşlı oyunçu Jerar Pikenin komandadan ayrılacağı təqdirdə klubun transfer siyahısında prioritet futbolçudur.

Qeyd edək ki, İniqo Martines 2018-ci ildən “Atletik Bilbao”da çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ildə bitir.

Mənbə: “Mundo Deportivo”

Mənbə: www.oxu.az