Avroliqanın rəsmi səhifəsindən Qurban Qurbanovun oğlu ilə bağlı paylaşım – FOTO

UEFA Avropa Liqasının rəsmi səhifəsi Qurban Qurbanovun oğlu Musa Qurbanlının fotosunu paylaşıb.

Xeberal.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin səhifəsi “Qarabağ”ın oyunçusunun “Zirə” ilə qarşılaşmada vurduğu qoldan sonra etdiyi hərəkəti paylaşaraq bunları yazıb:

“Qarabağ” = beynəlxalq fasilədə liqanın zirvəsi”.

Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Musa Qurbanlı “Zirə”ni 7:1 hesabı ilə məğlub etdikləri görüşdə 4 qola imza atıb.

Bununla da Qurban Qurbanovun oğlu Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub.

Xeberal.az

Xeberal.az

ƏVVƏLKİ XƏBƏR

Putin nüvə təhdidi ilə bağlı ABŞ-dan açıqlama

SONRAKI XƏBƏR

Zelenski Səudiyyə kralına təşəkkür etdi