Millimiz son dəqiqə qolu ilə Slovakiyadan qələbə ilə qayıdır – YENİLƏNİB + VİDEO

Millimiz son dəqiqə qolu ilə Slovakiyadan qələbə ilə qayıdır – <span class="qirmizi">YENİLƏNİB + VİDEO</span>

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda milli komandamız səfərdə Slovakiya ilə qarşılaşıb. 

Yığmamız səfər matçında qələbə qazanıb.

Qarşılaşmaya əlavə edilmiş 5-ci dəqiqədə millimiz hesabda yenidən önə keçib. 

Höccət Haqverdi yığmamızı önə çıxardan qola imza atıb. 

Oyun bu hesabla başa çatıb.  

00:35

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda milli komandamız səfərdə Slovakiya ilə qarşılaşır. 

Oxu.Az xəbər verir ki, oyunda hesab bərabərləşib. 

Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə Yirka penalti zərbəsi ilə hesabı bərabərləşdirib. 

23:47

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda milli komandamız səfərdə Slovakiya ilə qarşılaşır. 

Oyunda ikinci hissə davam edir.

Milli komandamız Renat Dadaşovun 44-cü dəqiqədə vurduğu qolla hesabda öndədir. 

23:29

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda milli komandamız səfərdə Slovakiya ilə qarşılaşır. 

Oxu.Az xəbər verir ki, oyunda hesab açılıb. 

Qarşılaşmanın 44-cü dəqiqəsində Renat Dadaşov millimizi hesabda önə çıxarıb. 

Mənbə: oxu.az