Bundesliqa futbolçusunda bədxassəli şiş aşkarlandı

Bundesliqa futbolçusunda bədxassəli şiş aşkarlandı<span class="qirmizi"></span>

Almaniya 1-ci Futbol Liqasının (Bundesliqa) komandalarından olan “Herta Berlin”in futbolçusu Jan-Pol Boetiusda testikulyar bədxassəli şiş aşkarlanıb.

Bu barədə klubdan açıqlama verilib.

Açıqlamada qeyd edilib ki, 28 yaşlı niderlandlı futbolçuda uroloji müayinələr aparılıb və nəticədə testikulyar bədxassəli şiş aşkarlanıb.

Jan-Pol Boetius “Herta Berlin”in heyətinə yay transfer dönəmində qatılıb. Cinah oyunçusunun əməliyyat olunacağı və bir müddət meydandan uzaq qalacağı bildirilib.

Mənbə: Haber Global

Mənbə: www.oxu.az