Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var<span class="qirmizi"></span>

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var.

"Report"un məlumatına görə, bu barədə "Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri İlqar Nadiri Gəncə şəhər stadionunda olan gənclər və idman naziri Fərid Qayıbova məruzə edib.

Stadionun qəzalı vəziyyəti ilə maraqlanan nazirin diqqətinə 60 il öncə tikilən arenanın istimar müddətini başa vurduğu çatdırılıb.

Gənclər və idman naziri stadionun yenidən qurulması ilə bağlı hansı məbləğdə vəsaitin tələb olunduğu yöndə qiymətləndirilmə aparılması üçün müvafiq tapşırıqlar verib.

İlqar Nadiri arenanın ərazisində Gəncə Futbol Akademiyasının tikintisinin davam etdirildiyini, işlərin ilin sonuna kimi başa çatdırılacağını bildirib.

Nazir akademiyanın regionunda uşaq futbolunun inkişafına təkan verəcəyini qeyd edərək görülən işləri yüksək qiymətləndirib. İlqar Nadiri arenanın ərazisində müasir standartlara uyğun iki təbii örtüklü böyük meydanın salındığını da deyib.

Mənbə: report.az