Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Bu gün UEFA Millətlər Liqasında V tura yekun vurulacaq.

"Report"un məlumatına görə, 3-cü oyun günündə A, B, və C Liqalarında ümumilikdə 9 oyun keçiriləcək.

A Liqasının 2-ci qrupunda İspaniya İsveçrəni, Çexiya Portuqaliyanı qəbul edəcək. Pireneylilər qələbə sayəsində final mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün Çexiya da evdə portuqaliyalıları məğlub etməlidir.

B Liqasının 1-ci qrupunda Ukrayna səfərdə Ermənistanla, İrlandiya Şotlandiya ilə qarşılaşacaq. Ukrayna yığması bu görüşdə xal itirəcəyi, Şotlandiya seçməsi isə qalib gələcəyi halda, britaniyalılar qrup liderliyini vaxtından əvvəl təmin edəcək.

2-ci qrupda 1 oyun baş tutacaq. İsrail evdə Albaniyanı sınağa çəkəcək. Meydan sahibləri rəqibini məğlub edəcəyi təqdirdə, adını pley-offa yazdıracaq.

4-cü qrupda Norveç səfərdə Sloveniya ilə, İsveç Serbiya ilə üz-üzə gələcək. Serblərin məğlubiyyəti son turu formallığa çevirə bilər. Bunun üçün Norveçə heç-heçə də kifayət edəcək və kollektiv A Liqasına yüksələcək.

Nəhayət, C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovo ilə, Kipr isə Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Sonuncular bu görüşdə uduzmasa, sona 1 tur qalmış həm pley-offa, həm də B Liqasına vəsiqəni təmin edəcək

UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
24 sentyabr

A Liqası
2-ci qrup
22:45. İspaniya - İsveçre
22:45. Çexiya - Portuqaliya

Xal durumu: İspaniya - 8, Portuqaliya - 7, Çexiya - 4, İsveçrə - 3

B Liqası
1-ci qrup
17:00. Ermənistan - Ukrayna
22:45. Şotlandiya - İrlandiya

Xal durumu: Şotlandiya - 9, Ukrayna - 7, İrlandiya - 4, Ermənistan - 3

2-ci qrup
22:45. İsrail - Albaniya

Xal durumu: İsrail - 5 (3 oyuna), İslandiya - 3 (3 oyuna), Albaniya - 1 (2 oyuna), Rusiya* - 0

4-cü qrup
20:00. Sloveniya - Norveç
22:45. Serbiya - İsveç

Xal durumu: Norveç - 10, Serbiya - 7, İsveç - 3, Sloveniya - 2

C Liqası
2-ci qrup
20:00. Şimali İrlandiya - Kosovo
22:45. Kipr - Yunanıstan

Xal durumu: Yunanıstan - 12, Kosovo - 6, Şimali İrlandiya - 2, Kipr - 2.

Report.az

ƏVVƏLKİ XƏBƏR

UEFA bu oyundakı davaya görə sərt cəza verdi

SONRAKI XƏBƏR

Qəhrəman qazimiz Şuşada tapdığı samovarın sahibini axtarır - VİDEO