Məhəmməd Adıyev: "Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı"

Məhəmməd Adıyev: "Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı"<span class="qirmizi"></span>

"Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı".

"Report"un məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Bu komandanı güclü rəqib kimi tanıyırıq. Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klublar. İstərdik ki, bizə də hörmət etsinlər".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Mənbə: report.az