Suares: "Niyə dünya çempionu olmayaq?"

Suares: "Niyə dünya çempionu olmayaq?"<span class="qirmizi"></span>

Uruqvay millisinin futbolçusu Luis Suares yığmanın bu il Qətərdə keçiriləcək dünya çempionatında perspektivlərindən danışıb.

Qol.az xəbər verir ki, o, ölkəsinin mətbuatına müsahibəsində turnirin qalibi ola biləcəklərini deyib: "Uruqvay həmişə dünya çempionatında maksimum gücü ilə çıxış etməyə çalışacaq. Mümkün qədər irəliləyə getməyə çalışacağıq. Niyə dünya çempionu olmayaq? Bunun üçün oyunçularımız var”.

Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Mənbə: qol.az