Rusiya millisi 2022-ci ildə ilk oyununa çıxdı

Rusiya millisi 2021-ci ilin noyabrından 14-dən sonra ilk dəfə oyuna çıxıb.

"Qafqazinfo" xəbər verir ki, komanda Bişkekdəki Dolon Omurzakov adına stadionda Qırğızıstanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Qırğızıstan - Rusiya - 1:2
Qollar: Şukurov, 24 (1:0), Sobolev, 30-pen (1:1), Utkin, 89 (1:2)

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən UEFA yığmanı bütün beynəlxalq turnirlərdən kənarlaşdırıb. Ancaq qurum millinin keçirəcəyi yoxlama oyunlarına qarışmayacağını bildirib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib - YENİLƏNİB

SONRAKI XƏBƏR

İsveçdə Azərbaycan əleyhinə aksiya keçirən ermənilərin səsləri batırılıb