Qapıçı ilə toqquşan Ronaldu xəsarət aldı - FOTO

Qapıçı ilə toqquşan Ronaldu xəsarət aldı - FOTO<span class="qirmizi"></span>

Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu səfərdə Çexiyaya qarşı keçirdikləri UEFA Millətlər Liqasının V tur oyununda ciddi zədə alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu ilk hissədə hava mübarizəsi zamanı meydan sahiblərinin qapıçısı Tomaş Vatsliklə toqquşub.

Nəticədə təcrübəli forvardın burnu əzilib. Həkimlər qanı dayandırdıqdan sonra futbolçu oyunu davam etdirib.

Milli.Az

Mənbə: news.milli.az