Arda Turan "Qalatasaray"ın məşqçi heyətində yer alacaq?

Arda Turan "Qalatasaray"ın məşqçi heyətində yer alacaq?<span class="qirmizi"></span>

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk klubun sabiq futbolçusu Arda Turanın məşqçi heyətində yer alacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o deyib: "Arda bizim və türk futbolu üçün dəyərli futbolçudur. "Qalatasaray"ın qapıları ona hər zaman açıqdır. Arda futbolda olub-olmayacağı ilə bağlı qərar verəcək. Bununla əlaqədar özünü inkişaf etdirəcək. Arda bizim üçün önəmlidir. Ancaq məşqçi heyətində yer alması ilə bağlı onunla görüşümüz olmayıb".

Qeyd edək ki, A.Turan sentyabrda futbolçu karyerasını başa vurub.

Mənbə: qol.az