Gənclər və idman naziri “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində olub - FOTO

Gənclər və idman naziri “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində olub - FOTO<span class="qirmizi"></span>

Gənclər və idman naziri Fərid Qayıbov Şəki Olimpiya İdman Kompleksində keçirilən “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində olub.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin tarixi əhəmiyyətini qeyd edən nazir gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi diqqətdə saxlanıldığını bildirib.

Nazir Vətən Müharibəsinin 2-ci ildönümü ərəfəsində belə bir düşərgənin keçirilməsinin vacibliyini vurğulayıb, bu tip düşərgələrin həm qış, həm də yay aylarında daimi olaraq təşkil ediləcəyini bildirib.

Tonqal ətrafında gənclərlə maraqlı söhbətlər aparılıb, gənclərin düşərgə barədə təəsüratları, fikir və təklifləri dinlənilib. Sonra düşərgənin bağlanışı olub, gənclər nümunəvi çıxış ediblər.

REAL

 

Mənbə: www.realtv.az