Qaltyedən Mbappeni az oynatmasını istədi

Qaltyedən Mbappeni az oynatmasını istədi<span class="qirmizi"></span>

Fransa millisinin baş məşqçisi Didye Deşam Qətərdə keçiriləcək DÇ-2022 öncəsi futbolçusu Kilian Mbappenin PSJ-də daha az oyun keçirməsini istəyir.

Qol.az "Telefoot"a istinadən xəbər verir ki, o, Paris klubunun baş məşqçisi Kristof Qaltyeyə bununla bağlı tövsiyə verib:

“Mən bilirəm ki, Qaltye hələ də Kilianı daim oyunlarda saxlamaq istəyir. Amma mən istəyirəm ki, məşqçi Mbappeyə vaxtaşırı dincəlmək imkanı versin. Sadəcə, Kiliana bir az daha az oyun vaxtı verilməlidir. Bu, kluba zərər verməyəcək".

Mənbə: qol.az