"Hamımız Ronaldodan qol gözləyirik"

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş Millətlər Liqasında Çexiya üzərində qələbədən (4:0) sonra yığmanın hücumçusu Kriştianu Ronaldonun qol vura bilməməsi haqda danışıb.

Qol.az "O Jogo"ya istinadən xəbər verir ki, o, bununla bağlı deyib: “Bu futboldur. Ronaldonun 3-4 qol şansı var idi, amma qol vura bilmədi. Bu, futbolun bir hissəsidir. Ronaldo komanda üçün çox çalışdı. Onun sayəsində qollar vurduq.

Təbii ki, biz hamımız Kriştianodan qol gözləyirik, amma bütün Portuqaliya komandasından da qol gözləyirik. Ronaldo xoşbəxtdir, çünki biz qalib gəldik və bunu inamla etdik”.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya tələbələri də müharibəyə göndərir

SONRAKI XƏBƏR

Zelenski dünyanın ən nüfuzlu yəhudisi seçildi