DÇ-2022-nin instaqram ulduzları – 1 paylaşımın qiyməti...

DÇ-2022-də çıxış edəcək yığmaların instaqramdakı 10 ən nüfuzlu futbolçusu açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ulduzların səhifəsinin izləyici sayı və buradakı paylaşımların qiyməti əsas götürülüb.

Kriştiano Ronaldo hamıdan öndə qərarlaşıb. Onu PSJ-nin oyunçuları izləyir. Lionel Messi ikinci, Neymar üçüncü, Kilian Mbappe dördüncüdür.

1. Kriştiano Ronaldo ("Mançester Yunayted" / Portuqaliya) - 480 milyon izləyici, paylaşımın qiyməti - 3 585 218 milyon dollar
2. Lionel Messi (PSJ / Argentina) - 360 milyon izləyici, paylaşımın qiyməti - 2 631 388 dollar
3. Neymar (PSJ / Braziliya) - 178 milyon izləyici, paylaşımın qiyməti - 1 152 495 dollar
4. Kilian Mbappe (PSJ / Fransa) - 72,5 milyon izləyici, paylaşımın qiyməti - 1 173 157 dollar
5. Vinisius Junior ("Real" / Braziliya) - 23 milyon izləyici, paylaşımın qiyməti - 685 120 dollar
6. Kərim Benzema ("Real" / Fransa) - 58 milyon izləyici, paylaşımın qiyməti - 489 239 dollar
7. Paulo Dibala ("Roma" / Argentina) - 49 milyon izləyici, paylaşımın qiyməti - 491 547 dollar
8. Nqolo Kante ("Çelsi" / Fransa) - 14 milyon izləyici, paylaşımın qiyməti - 525 178 dollar
9. Pol Poqba ("Yuventus" / Fransa) - 55 milyon izləyici, paylaşımın qiyməti - 407 542 dollar
10. Serxio Ramos (PSJ / İspaniya) - 53 milyon izləyici, paylaşımın qiyməti - 368 639 dollar

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İranda etirazlar davam edir - 41 nəfər ölüb

SONRAKI XƏBƏR

Avropa qaranlığa qərq olur