Boks üzrə açıq rayon birinciliyi keçirilib

Boks üzrə açıq rayon birinciliyi keçirilib<span class="qirmizi"></span>

23 sentyabrdan başlayaraq 3 gün QAZAX OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ davam edən “MİLLİ OLİMPİYA KOMİTƏSİNİN YARDILMSININ 30 İLLİK YUBLEYİNƏ HƏSR OLUNMUŞ BOKS ÜZRƏ ACIQ RAYON BİRİNCİLİYİ” keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Milli Olimpiya Komitəsinin 30 illik Yubileyi” çərçivəsində boks üzrə açıq rayon birinciliyi baş tutub.

Qazax Olimpiya İdman Kompleksində keçirilən birincilikdə qalib adı uğrunda Qazax və Ağstafa rayonlarından 54 nəfər idmançı mübarizə aparıb.

Milli Olimpya Günü münasibətilə keçirilən yarışda I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.

Mənbə: www.cumhuriyyet.net