Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb<span class="qirmizi"></span>

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox top qazanan komandaların siyahısında yer alıb.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu milli 6 görüşdə 248 dəfə buna müvəffəq olub.

Komanda bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb. Fransa (260) 1-ci, Avstriya (257) 2-ci, Danimarka (251) isə 3-cüdür. İlk "5-liy"i Moldova (245) qapayır.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün qrup mərhələsinin sonuncu turunda Bakıda Qazaxıstan seşməsini 3 cavabsız qolla məğlub edib.

Mənbə: report.az