"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq<span class="qirmizi"></span>

İtaliyanın "İnter" klubunun futbolçusu Marselo Brozoviç İspaniya "Barselona"sına qarşı UEFA Çempionlar Liqasının hər iki oyununu buraxacaq.

"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Xorvatiya yığmasının Avstriyanı 3:1 hesabı ilə məğlub etdiyi Millətlər Liqasının qrup mərhələsinin VI tur matçında zədələnib.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç qarşılaşmadan sonra mətbuat konfransında Brozoviçin 3-4 həftə yaşın meydanlardan kənarda qalacağını bildirib.

Qeyd edək ki, "İnter" "Barselona"ya qarşı qrupdakı ilk oyununu oktyabrın 4-də səfərdə, növbəti gürüşünü isə oktyabrın 12-də evdə keçirəcək.

Mənbə: report.az