Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"<span class="qirmizi"></span>

"Azlıqda oynamaq çətindir, xüsusən də bu səviyyədə. Üstəlik, Belarusla matçdan cəmi iki gün keçmişdi".

"Report"un məlumatına görə, bunu Qazaxıstan yığmasının futbolçusu Ramazan Orazov Bakıda Azərbaycan komandasına 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu ilə bağlı "Vesti.kz" saytına müsahibəsində deyib.

24 yaşlı yarımmüdafiəçi 35-ci dəqiqədə Nuralı Alipin qırmızı vərəqə almasından sonra işlərinin çətinləşdiyini bildirib.

Orazov komandasının Millətlər Liqasındakı ümumi nəticəsindən razı olduğunu söyləyib. "Biz kifayət qədər yaxşı iş görmüşük".

Qeyd edək ki, Qazaxıstan yığması 13 xalla C Liqasının 3-cü qrupunu ilk pillədə başa vurub. 10 xal toplayan Azərbaycan millisi isə ikinci olub.

Mənbə: report.az