"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq<span class="qirmizi"></span>

"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u ciddi itki ilə üzləşib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Pirey təmsilçisinin müdafiəçisi Panayotis Retsos sıradan çıxıb.

Almaniyanın "Bayer" (Leverkuzen) klubundan icarəyə götürülən oyunçu əvəzedici komandaya qarşı yoxlama matçında zədələnib.

Ayağından xəsarət alan Yunanıstan millisinin üzvü 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, evdə "köhlən atlar"a qarşı keçiriləcək qrup mərhələsinin III tur görüşünü də buraxacaq.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə: report.az