Məşhur fubolçu İranda baş verənlərə etiraz etdi

Məşhur fubolçu İranda baş verənlərə etiraz etdi<span class="qirmizi"></span>

"Bayer"in (Leverkuzen) iranlı futbolçusu Serdar Azmun ölkəsində baş verən kütləvi etirazlar barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, öz sosial şəbəkə hesablarında etdiyi paylaşımda yazıb:

“Əslində, federasiyanın qaydalarına görə, təlim-məşq toplanışı başa çatana qədər heç nə deməməliyəm. Amma mən daha susa bilmirəm. Məni yığmadan qovacaqlarsa, qovsunlar. Bu fədakarlıq iranlı qadının saçının bir tükünə belə, dəyməz. İnsanları belə asanlıqla öldürənlərin başçılarına ayıb olsun! İran qadınları əbədi sevgiyə layiqdir”.

Mənbə: qol.az