Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, əvvəlcə Azərbaycanın ərazi bütovlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İdmançıları salamlayan F.Qaybov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik etdib. Nazir bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb və bunun da əsas səbəbi idmançılarıın beynəxlalq yarışlarda qazandıqları qələbələrin sayının günbəgün artmasıdır.

Atcılıq, bədii gimnastika, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, kəmər güləşi, aba güləşi, sambo, parabadminton, stronqmen və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qəzalarda 2 nəfər xəsarət alıb

SONRAKI XƏBƏR

Fransa Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırıb