İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib<span class="qirmizi"></span>

UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu - VI turun növbəti oyunları keçirilib.

A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Macarıstan İtaliyanı qəbul edib. Son Avropa çempionu final mərhələsinə yüksəlmək üçün səfərdən qələbə ilə dönməli idi. Bu vəzifənin öhdəsindən layiqincə gələn "Skuadra Adzurra" rəqibini 2:0 hesabı ilə məğlub edərək, istəyinə çatıb. Qrupun digər matçında isə aşağı liqaya düşəcəyi dəqiqləşən İngiltərə Almaniya ilə məhsuldar heç-heçəyə razılaşıb.

B, C və D Liqalarında qrup liderləri əvvəlki turda bəlli olduğundan, bugünkü qarşılaşmalar sonuncu pilləni tutan daha bir yığmanın adına aydınlıq gətirib. Beləliklə, Rumıniya seçməsi B Liqasını tərk edib. Cəbəllütariqin D Liqasına düşməsi və San Marinonun qrup sonuncusu olması isə ötən tur rəsmiləşmişdi.

UEFA Millətlər Liqası

VI tur

A Liqası

3-cü qrup

22:45. İngiltərə - Almaniya - 3:3

Qollar: Lük Şou, 72. Meyson Maunt, 75. Harri Keyn, 83 (penalti) - İlkay Gündoğan, 52 (penalti). Kay Haverts, 67; 87

Mənbə: report.az