Maquayr azarkeşlərdən üzr istədi

İngiltərə millisinin müdafiəçisi Harri Maquayr UEFA Millətlər Liqasının 6-cı turunun Almaniya ilə oyunundakı (3:3) səhvlərinə görə yığma komandanın azarkeşlərindən üzr istəyib.

Qol.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu komandasının buraxdığı ilk iki qolda səhvə yol verib. Sonra ingilislər ardıcıl üç qol vurublar. Oyun isə 3:3 hesablı bərabərliklə başa çatıb.

Maquayr sosial şəbəkə hesabında yazıb:“Səhvlər oyunun bir hissəsidir, üzr istəyirəm. Böyük güc və ruh bizə yenidən oyuna qayıtmağa imkan verdi. Gəlin müsbət cəhətləri götürək və Qətərdə keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyək. Çətin dövrlər bizi daha güclü edəcək”.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Ağsuda Anım Günü qeyd edildi

SONRAKI XƏBƏR

WB ticarət tərəfdaşlarının valyutasının ucuzlaşmasının manata təsirini qiymətləndirib