Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi<span class="qirmizi"></span>

"Çelsi"nin sabiq futbolçusu Con Obi Mikel karyerasını bitirib.

Qol.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bunu sosial şəbəkə hesabında yazıb:

“Bütün yaxşı şeylərin sonu var. Peşəkar karyeram bu gün başa çatır. 20 illik fəaliyyətimdə əldə etdiklərimdən çox razıyam”,

Qeyd edək ki, Nigeriya millisinin sabiq üzvü 2006-2017-ci illərdə "Çelsi"də çıxış edib. O, "Midlsbro" "Stok Siti", "Trabzonspor"da da oynayıb.

Mənbə: qol.az