Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Bir neçə gün öncə Yunanıstan "Olimpiakos"unu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarca" klubuna dəyişən Kostas Manolas təqdimat mərasimində kuryoz hadisə ilə üzləşib.

"Report" xəbər verir ki, 31 yaşlı müdafiəçi tədbirə gətirilən şirə görə çətin anlar yaşayıb. Yaxınlıqda olan aslanın kükrəməsi yunanıstanlı oyunçunu qorxudub. Kürsüdə olan futbolçu son anda yıxılmaqdan xilas olub.

Qeyd edək ki, "Olimpiakos" "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindəndir. "Köhlən atlar" Pirey təmsilçisinə qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Çin və Rusiya hərbi gəmiləri Alyaska yaxınlığında görünüb

SONRAKI XƏBƏR

Ukrayna Rusiyaya malların ixracına tam qadağa qoyub