Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

"Bu turniri ənənəvi etməmək hüququmuz yoxdur".

Bunu "Report"a müsahibəsində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov Şuşadakı ilk beynəlxalq turnirin hər il keçirilməsi ideyası barədə danışarkən deyib.

O bildirib ki, bu arzunu hamıdan əvvəl Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev açılış mərasimində səsləndirib: "Daha sonra gənclər və idman naziri Fərid Qayıbov, həmçinin, biz də reaksiya verdik ki, bunun üçün əlimizdən gələni edəcəyik".

Məmmədov "Shusha Chess 2022"ni təşkil etməklə ürəklərdə olan arzunu həyata keçirdiklərini söyləyib: "Bu, federasiyamız üçün ən məsuliyyətli və xoşbəxt anlardan biri idi".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Neftçalada 14 gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb

SONRAKI XƏBƏR

İlham Əliyev Emmanuel Makronla Azərbaycan-Ermənistan sərhədindəki toqquşmaları MÜZAKİRƏ ETDİ