"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1" üzrə dünya çempionatında sprint yarışlarının sayı artırılıb.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Bin Sulayem qurumun rəsmi saytına açıqlama verib.

O, sprint yarışlarının 3-dən 6-ya çatdırıldığını bildirib. Yenilik 2023-cü il mövsümündən tətbiq olunmağa başlayacaq.

Qeyd edək ki, gələn il Azərbaycan Qran-prisi 28 - 30 apreldə keçiriləcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qazaxıstana gedən rusiyalılara sərhəddə çağırış vərəqələri verilir

SONRAKI XƏBƏR

Səudiyyə kralı vəliəhdi baş nazir təyin etdi