Argentina millisi növbəti oyunda liderini itirmək riski ilə üz-üzədir

Argentina millisi növbəti oyunda liderini itirmək riski ilə üz-üzədir<span class="qirmizi"></span>

Argentina millisinin əsas ulduzu Lionel Messi Yamayka millisi ilə qarşıdakı yoldaşlıq görüşünü buraxa bilər.

35 yaşlı hücumçunun sağlamlığı ilə bağlı problemlər ortaya çıxıb. “Albiseleste”nin tibb personalı Messinin vəziyyətini diqqətdə saxlayacaq. Bundan sonra onun görüşdə iştirakı ilə bağlı yekun qərar veriləcək.

Lionel meydana çıxa bilməsə, onu “Mançester Siti”nin hücumçusu Xulian Alvares əvəz edəcək.

Argentina-Yamayka oyunu sentyabrın 27-dən 28-nə keçən gecə baş tutacaq.

 

Mənbə: www.oxu.az