Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib<span class="qirmizi"></span>

Argentinanın futbol üzrə millisi yoldaşlıq görüşündə Yamaykaya qalib gəlib - 3:0.

"Report" xəbər verir ki, oyun Harrisondakı “Red Bull Arena”da keçirilib.

Görüşdə hesabı 13-cü dəqiqədə Xulian Alvares açıb. Matçın sonunda Messi 2 dəqiqə ərzində iki qol vurub.

Argentina millisi 2022-ci il dünya çempionatına hazırlaşır və C qrupunda Polşa, Səudiyyə Ərəbistanı və Meksika ilə mübarizə aparır. Turnir noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Mənbə: report.az