Messi Argentina millisində 90-cı qolunu vurdu - VİDEO

Messi Argentina millisində 90-cı qolunu vurdu - <span class="qirmizi">VİDEO</span>

Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Yamayka ilə yoldaşlıq görüşündə (3:0) milli komandasının heyətində 90-cı qolunu vurub.

Oyunda Messi dubla imza atıb.

Qeyd edək ki, milli komandanın heyətində beynəlxalq matçlarda vurulan qolların sayına görə Messi hazırda Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldudan (117 qol) və İran millisinin sabiq hücumçu Əli Daeyidən (109 qol) geridədir.

 

Mənbə: www.oxu.az