"Olimpiakos"un iki əsas futbolçusu "Qarabağ"la oyundan əvvəl zədələnib

"Olimpiakos"un iki əsas futbolçusu "Qarabağ"la oyundan əvvəl zədələnib<span class="qirmizi"></span>

Yunanıstanın "Olimpiakos" klubunun iki əsas futbolçusu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl zədələnib.

"Report"un məlumatına görə, qapıçı Tomaş Vatslik Çexiya millisinin heyətində sıradan çıxıb.

33 yaşlı qolkiper səfərdə İsveçrəyə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçında xəsarət alıb. Onun yerinə meydana 46-cı dəqiqədə Yindrjix Stanek daxil olub.

Cənubi koreyalı Hvan Uy Co isə Kameruna qarşı yoldaşlıq görüşündə zədə alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənib.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə: report.az