"Olimpiakos"da müdafiəçi problemi

Avropa Liqasının qrup mərhələsində növbəti oyunlarını “Qarabağ”a qarşı keçirəcək “Olimpiakos”un daha bir futbolçusu zədələnib.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi Usseynu Ba sıradan çıxıb. Seneqal millisinin üzvü məşq zamanı zədələnib. Onun “Qarabağ”la matçlarda iştirak edib-etməyəcəyi qarşıdakı günlərdə bilinəcək.

Xatırladaq ki, Yunanıstan klubunda digər mərkəz müdafiəçisi Panayotis Retsos, qapıçı Tomas Vatslik və hücumçu Hvan Uy Co da zədəlidir.

Oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında növbəti görüş isə oktyabrın 13-də Bakıda olacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Aİ süni intellekt məhsulları üçün yeni qaydalar hazırladı

SONRAKI XƏBƏR

İranda 120 nəfər saxlanıldı