"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

“Qəbələ” İdman Klubu və kikboksçu Alim Nəbiyev arasında müqavilə uzadılıb.

"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı idmançı ilə yeni sözləşmə bir illik nəzərdə tutulub.

İmzalanma mərasimindən sonra "qırmızı-qaralar"ın prezidenti Fariz Nəcəfov kikboksçu ilə görüşüb. Tədbirdə Nəbiyevin son döyüşü barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti Bakıda təşkil olunan Zabit Səmədovun vida döyüş gecəsində rumıniyalı Andrey Ostrovyanuya qalib gələn idmançını qələbə münasibətilə təbrik edib.

Nəcəfova idmançının növbəti sınağı barədə məlumat verilib. Klubun rəhbəri noyabrın 19-da “Qlory82” çərçivəsində baş tutacaq qarşılaşmada Nəbiyevə uğurlar arzulayıb. Titul döyüşündə Endi Semeleyerlə üz-üzə gələcək kikboksçu göstərilən dəstək üçün “Qəbələ” İdman Klubuna təşəkkür edib, bundan sonra da bütün döyüşlərə qələbə və Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaq üçün çıxacağını bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın braziliyalı və kolumbiyalı futbolçuları Azərbaycan dilində hal-əhval tutdular - VİDEO

SONRAKI XƏBƏR

Bakıda kişi yeznəsini qətlə yetirdi: “Qardaşlarının bazarda dəstəsi on qəpikdir deyirdin”