UEFA "Qarabağ"ın kapitanını təbrik edib

UEFA "Qarabağ"ın kapitanını təbrik edib<span class="qirmizi"></span>

UEFA Azərbaycan millisi və "Qarabağ"ın kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, Avropa futbol qurumunun rəsmi tviter səhifəsində bu gün 33 yaşı tamam olan müdafiəçinin fotosu paylaşılıb.

Postda təcrübəli oyunçunun peşəkar karyerası ərzində yalnız Ağdam klubunun formasını geyinməsi vurğulanıb.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.

Mənbə: report.az