DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək<span class="qirmizi"></span>

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı izləmək istəyən əcnəbi azarkeşlərdən ölkəyə giriş zamanı koronavirusla bağlı mənfi test nəticəsi tələb olunacaq.

BAKU.WS "report"a istinadən xəbər verir ki, analiz səyahətdən 48 saat öncə götürülməlidir. Fanatlar səfərdən öncə "Ehteraz" adlı proqramı telefona yükləməli və testin nəticəsini bu tətbiqə yerləşdirməlidir.

Bu qərar yaşı 18-dən aşağı olan şəxslərə şamil edilməyəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

BAKU.WS

Mənbə: baku.ws