Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər<span class="qirmizi"></span>

"Olimpiakos"un yeni transferi Xames Rodriges Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında oynamaya bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, buna səbəb kolumbiyalı hücumameylli yarımmüdafiəçinin milli komandanın düşərgəsindən zədəli qayıtmasıdır.

Meksika yığmasına 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında baldır nahiyyəsindən xəsarət alan vinger bu həftə məşq edə bilməyəcək. Oktyabrın 2-də "Atromitos"a qarşı Yunaıstan Super Liqasının VI tur matçını buraxmalı olan ulduz futbolçunun "Qarabağ"la qarşılaşmada meydana çıxıb-çıxmayacağı sual altındadır.

Həkimlərin rəyinə əsasən, hər şey oyunçunun bərpa presindən asılı olacaq.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə: report.az