Qurban Qurbanov şəhid övladının arzusunu yerinə yetirdi - FOTO/VİDEO

Qurban Qurbanov şəhid övladının arzusunu yerinə yetirdi -  <span class="qirmizi"> FOTO/VİDEO</span>

“Qarabağ” klubunun baş məşqçisi şəhid övladının arzusunu yerinə yetirib.

Klubun baş məşqçisi Qurban Qurbanov Göyçay futbol məktəbinin şagirdi, Vətən müharibəsinin şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun oğlu Əli Xəlilovun komandanın düşərgəsində olmaq istəyini yerinə yetirib.

Belə ki, Əli Xəlilovun bu istəyindən xəbər tutan Q. Qurbanov şəhid övladını “Qarabağ”ın bazasına dəvət edib, komanda üzvləri ilə tanış edərək onunla həmsöhbət olub.

Baş məşqçi şəhid övladının adı yazılmış “Qarabağ”ın 10 nömrəli formasını da ona hədiyyə edib.

 

Mənbə: www.oxu.az