Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"<span class="qirmizi"></span>

"Oyunun ağır keçəcəyini bilirdik. Rəqib keyfiyyətli futbolçulardan ibarət komandadır".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Bakıda "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII turunun açılış matçından sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, təbii örtükdə məşq etdikdən sonra süni meydançada mübarizə aparmaq oyuna mənfi təsir edir: "Komanda görmək istədiyimi mənə verdi. Düşünülmüş hücumlarımız var idi. Daim bunların üzərində işləyirik. Komandamı təbrik edirəm. İnanıram ki, qarşıdakı matçlarda daha rəngarəng oyun nümayiş etdirəcəyik".

Onun sözlərinə görə, rəqibin azlıqda qalması komandasını arxayınlaşdırmayıb: "Hesab da bizi önə çıxmağa məcbur edirdi. Ona görə daha böyük qüvvə ilə hücuma atılırdıq. Bəzən əks hücumlarda yaxalanırdıq ki, bu da normaldır. Qələbəyə görə komandama təşəkkür edirəm".

Qələbə qolunun müəllifi olan Ülvi İsgəndərovun çıxışını da dəyərləndirən Baxşıyev onu komandanın ən önəmli futbolçularında biri hesab etdiyini söyləyib: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur. Bu gün Ülvinin əlinə şans düşdü, komandaya qələbə qazandırdı. Sabah bunu bir başqa oyunçu da ed bilər. Hamı meydanda maksimunu verməyə çalışmalıdır".

Baş məşqçi Rafael Utziqin oyununa da toxunub: "Hücumçu fərdi oyuna üstünlük verməlidir. Normal haldır. Heç kim ona deyə bilməz ki, driblinq etmə. Mən ondan istdiyimi ala bilirəm. Qarşıdakı günlərdə daha yaxşı Utziq görəcəyik".

Mənbə: report.az