"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib<span class="qirmizi"></span>

İspaniyanın "Barselona" klubunun son dörd mövsümdə itkisi 100 milyon avronu keçib.

"Report" "2PlayBook"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin bu müddət ərzində ümumi itkisi 115,2 milyon avro olub.

2021/2022 mövsümündə bu rəqəm 30 milyon avro təşkil edib.

"Barselona"nın yeni mövsüm üçün büdcəni azaltmaq fikrində olmadığı bildirilir. Klubun futbolçuların maaşına 37 milyon avro xərcləyəcəyi gözlənilir.

Mənbə: report.az