"Real" ukraynalıların ehtiyacları üçün 1 milyon avrodan çox pul xərcləyib

"Real" ukraynalıların ehtiyacları üçün 1 milyon avrodan çox pul xərcləyib<span class="qirmizi"></span>

"Real" ötən mövsümün maliyyə nəticələrini açıqlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, “Hər şey Ukrayna üçün” aksiyası mövsümə xüsusi təsir edib.

"Real" Ukrayna xalqının ehtiyacları üçün bir milyon avrodan çox ianə edib. Vəsait həm qida, həm dərman, həm də yorğan-döşək, çarpayı və digər zəruri əşyalar üçün nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib. Hazırda ölkələr arasında müharibə davam edir.

Mənbə: qol.az