Ançelotti: "Benzema sabah oynayacaq"

Ançelotti: "Benzema sabah oynayacaq"<span class="qirmizi"></span>

"Real"ın zədəsini yeni sağaldan futbolçusu Kərim Benzema sabah La Liqanın 7-ci turunda "Osasuna" ilə matçda meydana çıxacaq.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçis Karlo Ançelotti bildirib. O deyib: "Benzema çox yaxşıdır. O, sabah oynayacaq. Fiziki durumu da əladır".

Qeyd edək ki, sabah keçiriləcək "Real" - "Osasuna" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Mənbə: qol.az