Ronaldo DÇ-2022-nin afişalarında olmayacaq

Ronaldo DÇ-2022-nin afişalarında olmayacaq<span class="qirmizi"></span>

"Mançester Yunayted"in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin afişalarında olmayacaq.

Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Turnirdə iştirak edən hər bir ölkə Dohadakı göydələndə 75 futluq posterdə görünmək üçün bir oyunçu seçəcək. Kriştiano milli komandasının posterində yer almayacaq. 37 yaşlı hücumçunun əvəzində “Liverpul”un hücumçusu Dioqo Yotanı və ya Ronaldonun komanda yoldaşı olan yarımmüdafiəçi Bruno Fernandeşi afişada yer verilə bilər.

Mənbə: qol.az