Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib<span class="qirmizi"></span>

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahibləri açıb. 26-cı dəqiqədə Natan Oduva fərqlənib. "Zirə"nin qollarını 33-cü dəqiqədə Coşqun Diniyev, 40-cı və 47-ci dəqiqələrdə Hamidu Keyta vurub.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "qartallar" 5-ci pilləyə yüksəlib. Tovuz klubu 10 xalla 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Turun açılış oyununda "Qəbələ" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Mənbə: report.az